(012) 444 07 71

Hörmətli istifadəçi, nəzərinizə çatdırmaq istərdik ki, 31.10.2019 tarixindən etibarən “Qutu” layihəsi ləğv olunacaq.

Sizə abunə müqaviləsi ilə təqdim olunan Nar nömrəni Full9 tarifində istifadə edə bilərsiniz.

Həmin tarixdən etibarən sizinlə Qutu xidmətinə qoşulma ilə bağlı imzalanmış “abunə müqaviləsinə əlavə” qüvvədən düşəcək. Bundan sonra sizə təqdim olunacaq İntenet və TV xidmətlərinə görə Uninet MMC məsuliyyət daşıyacaq.

Həmin vaxtdan etibarən sizinlə Uninet MMC arasındakı şərtlər adı çəkilən şirkətin rəsmi internet səhifəsində (www.citynet.az) yerləşdirilmiş “abunəçi müqaviləsi” nin şərtlərinə uyğun tənzimlənəcək.

Şərtlərlə razılaşmadığınız halda 2019cu-ilin Oktyabr ayının 31inə dək abunə müqaviləsinə xitam verə bilərsiniz.

Əgər qeyd olunan tarixədək müqaviləyə xitam verməsəniz, bu razılıq kimi qəbul ediləcək və dəyişdirilmiş şərtlər qüvvəyə minəcək.


Citynetin təklifinə uyğun olaraq, tariflər aşağıdakı şəkildə dəyişdiriləcəkdir:

22 AZNlik paket istifadəçiləri -18 AZNlik Start tarifinə,

33 AZNlik paket istifadəçiləri -29 AZNlik Comfort~1 tarifinə,

39 AZNlik paket istifadəçiləri -33 AZNlik Comfort Double tarifinə,

49 AZNlik paket istifadəçiləri -39 AZNlik Comfort~2 tarifinə,

33 AZNlik paket istifadəçiləri -29 AZNlik Mini tarifinə.


Tariflər barədə ətraflı məlumat üçün https://www.citynet.az/tarifs/ linkini seçin