PAKETLƏR

Nar abunəçiləri üçün sərfəli və keyfiyyətli ev İnterneti, IPTV və mobil kommunikasiya xidmətlərinin daxil olduğu yüksək texnoloji həll təklif edir. “Qutu” ölkədə eyni zamanda ev və mobil kommunikasiya xidmətlərini birləşdirən ilk təklifdir. Təklif 2 kateqoriyaya ayrılan 5 paketdən ibarətdir.

* Danışıq dəqiqələrindən və SMS-lərdən bütün istiqamətlərə zəng etmək və yazmaq üçün istifadə edə bilərsən.

Paketlər 22 AZN-lik 33 AZN-lik 33 AZN-lik 39 AZN-lik 49 AZN-lik
QUTU daxili danışıq
dəqiqələri
100 dəq. 100 dəq. 100 dəq. 100 dəq. Limitsiz
Ölkedaxili daxili danışıq
dəqiqələri
300 dəq. 450 dəq. 300 dəq. 600 dəq. 1000 dəq.
Mobil İnternet 1500 MB 2000 MB 1500 MB 2500 MB 3000 MB
SMS - - - - 1000
Optik Ev İnterneti 15 Mb/s 25 Mb/s 20 Mb/s 30 Mb/s 40 Mb/s
IP TV - - 240 kanal 240 kanal 244 kanal

PULSUZ CİHAZLAR

“Qutu” təklifini alan abunəçilər fiber-optik İnternet və IPTV xidmətlərindən yararlanmaq üçün pulsuz WiFi ruter və TV tuner əldə edə bilərlər. Aşağıdakı cədvəldə bu cihazları pulsuz əldə etmək üçün şərtlər yer alır:

Cihazlar Paketlər
22 AZN-lik 33 AZN-lik 33 AZN-lik 39 AZN-lik 49 AZN-lik
Wi-Fi ruter 2 ay öncədən ödədikdə 2 ay öncədən ödədikdə - - -
TV tuner - - 3 ay öncədən ödədikdə 2 ay öncədən ödədikdə 2 ay öncədən ödədikdə
Wi-Fi ruter + TV tuner - - 4 ay öncədən ödədikdə 3 ay öncədən ödədikdə 3 ay öncədən ödədikdə

ŞƏRTLƏR

  • Təklifdən Nar nömrəsi olan və ya nömrəsini Nar-a daşımış, həmçinin Nar-CityNetin xidmət dairəsində yerləşən yeni abunəçilər yararlana bilər. Bundan başqa istənilən mövcud Nar və Nar-Citynet abunəçisi hər iki tərəfə olan borclarını bağlayaraq, “Qutu” təklifinə keçə bilər. Qeyd: Nar-CityNetin xidmət dairəsində olub-olmadığınızı www.narcitynet.az saytında ünvanınızı yoxlamaqla öyrənə bilərsiniz.
  • “Qutu” təklifinin istifadə müddəti alınan gündən etibarən 1 təqvim ayıdır (məsələn, 04.04.2016-dan 04.05.2016, saat 00:00-a qədər). Növbəti ödəniş günü hər gələn ayın eyni günüdür. Əgər paket 31 günlük ayın (məsələn, yanvar, avqust) sonunda sifariş edilərsə, növbəti ödəniş günü gələn ay deyil, o biri ayın 1-i olacaq (məsələn, paket 31 avqustda aktiv edilibsə, növbəti ödəniş günü oktyabrın 1-i olacaq.).
  • Reaktivasiya edilmiş paketin 1 aylıq istifadə müddəti reaktivasiya edilən gündən hesablanır.
  • İstifadə olunmayan danışıq dəqiqələri, İnternet trafiki və SMS-lər istifadə müddəti bitdikdə avtomatik olaraq silinir.
  • Danışıq dəqiqələri yalnız Nar-ın qısa nömrələrinə zənglər zamanı istifadə oluna bilər. Digər qısa nömrələrə zənglər paketin istifadə müddəti bitənə qədər olan qiymətlərə əsasən hesablanacaq. Danışıq dəqiqələri və SMS-lər əlavə xidmətlərin qısa nömrələrinə zəng və mesaj üçün istifadə oluna bilməz.
  • Nömrələr birtərəfli, ikitərəfli və abunəçi tərəfindən könüllü şəkildə bağlandıqda telefon üçün bonuslar silinmir.
  • Bonuslardan beynəlxalq rominqdə yararlanmaq mümkün deyil. Beynəlxalq rominqdən istifadə zamanı hesablama getdiyiniz ölkənin tarif qiymətlərinə əsasən hesablanır.
  • Əgər abunəçinin əldə etdiyi telefon bonusları paketin istifadə müddəti bitmədən tükənərsə, hesablama aşağıdakı qiymətlər üzrə aparılacaq:
Xidmətlər Qiymət (AZN, ƏDV daxil)
Şəbəkədaxili səsli/video zənglərin dəqiqəsi (interval 30 san.) 0.04
Şəbəkəxarici səsli/video zənglərin dəqiqəsi (interval 30 san.) 0.04
Ölkədaxili SMS 0.04
Beynəlxalq SMS 0.04
Ölkədaxili MMS 0.04
22 AZN-lik 33 AZN-lik 29 AZN-lik 39 AZN-lik 49 AZN-lik
Mobil İnternetin 40 kb-ı 0.03 AZN 0.02 AZ 0.03 AZN 0.02 AZN 0.01 AZN
  • Abunəçinin balansında paketin yenidən aktivləşdirilməsi üçün kifayət qədər məbləğ olmadıqda, təklif üzrə hesablama aşağıdakı qiymətlərin əsasında aparılır:
Xidmətlər Qiymət (AZN, ƏDV daxil)
Şəbəkədaxili səsli/video zənglərin dəqiqəsi (interval 60 san.) 0.07
Şəbəkəxarici səsli/video zənglərin dəqiqəsi (interval 60 san.) 0.07
Ölkədaxili SMS 0.06
  • Bir paketdən daha böyük qiyməti olan paketə keçid pulsuzdur. Qiyməti cari paketin qiymətindən aşağı olan paketlərə keçid zamanı əlavə olaraq 5 AZN ödənilməlidir.
  • Pulsuz olaraq əldə edilən Wi-Fi ruter və TV tuner cihazları geri qaytarılmır və bu cihazlara görə abunəçiyə heç bir məbləğ geri ödənmir.
  • Əgər abunəçi müqavilə müddəti bitməmiş paketin istifadəsini dayandırarsa, bu zaman pulsuz əldə edilmiş cihazlar geri qaytarılmalıdır.
  • Abunəçi pulsuz cihaz əldə etmək üçün və ya öz istəyilə bir neçə ayın ödənişini öncədən edibsə, ödənilmiş müddət bitənə qədər paketini dəyişə bilməz.